Xəbər lenti

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Məlumata görə, səfər zamanı Rusiya-Türkiyə əməkdaşlığının inkişafı, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyətlə bağlı müzakirələrin aparılması planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 3 384          Tarix: 30-03-2023, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma