Xəbər lenti

"Makronun Kişinyovdan ölkəsinə qayıtdıqdan sonra dərhal “Daşnaksütyun”un büro üzvü, Fransa Erməni Təşkilatları Federasiyasının koordinasiya şurasının həmsədri Papazyana zəng edərək ona hesabat verirmiş kimi, Kişinyovda Ermənistanın maraqlarını yalnız ozünün qoruduğunu bildirməsi və bununla da faktiki olaraq Şolts və Şarl Mişeli ermənilərin hədəf taxtasına qoyması absurd mənzərədir".

Bu fikirləri Musavat.com-a politoloq Vüqar Zifəroğlu deyib.

Politoloq hesab edir ki, ölkəsində faktiki olaraq bir xaos yaşanan Fransa prezidentinin erməni lobbisinin dəstəyi ilə nə qədər uzağa gedə biləcəyi həm şübhəlidir, həm də Fransa adına bir faciədir: "Ümumiyyətlə, bu siyasi izdivacın tərəflərə nəsə uğurlu bir nəticə verəcəyi şübhəlidir. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin faktiki olaraq Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda müəyyən missiyanı üzərinə götürdüyü bir zamanda Makronun bu cür açıqlama verməsi Aİ daxilində sabotaj kimi də qiymətləndirilə bilər". 




Ana səhifəyə qayıt        Baxış: 3 277          Tarix: 29-06-2023, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma