Xəbər lenti

Putin Priqojini Kremldə qəbul edib və “Vaqner” komandirləri ilə 3 saatlıq görüş keçirib, halbuki, onları “xain” elan etmişdi və “sürgün”ə göndərmişdi.

Publika.az xəbər verir ki, bununla Putinin “geri addım” atdığı görünür və qiyamçıların “bağışlanması” səbəbsiz deyil:

- Ukraynada müharibənin getdiyi vaxt “Vaqner”ə ehtiyacı var;

- “Vaqner” Afrika ölkələrində Rusiyanın planlarını icra edir;

- Bu muzdlu döyüşçülərin nəzarətdən çıxması Rusiya daxilində Putinə qarşı cəbhənin genişlənməsi ilə nəticələnə bilər;

Lakin gözlənildiyi kimi, Priqojin və dəstəsinin qiyamı Putinin devrilməsi ilə nəticələnmir, əksinə, onlar yenidən “çarın” hüzuruna çıxmağa can atır. Məhz bu Priqojin-Şoyqu qarşıdurmasının əvvəldən Putinin özü tərəfindən “idarə olunduğu” ehtimalını gücləndirən amildir: tərəfləri döyüşdürür, “hakim” rolunda daim özündən asılı vəziyyətə salır və hakimiyyətini qoruyur;

Mümkündür ki, “Vaqner”ə Ukrayna müharibəsində yeni missiya tapşırılsın, bu, daha çox təxribat hücumları ilə bağlı ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 064          Tarix: 10-07-2023, 23:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma