Xəbər lenti

 

1990-cı illə müqayisədə ötən illərdə əhalinin beynəlxalq miqrasiyası arasında kəskin fərq qeydə alınıb.

Ovqat.com Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1990-cı ildə ölkəyə daimi yaşamaq üçün gələnlər 84,3 min nəfər, həmin il ölkədən daimi yaşamaq üçün gedənlər isə 137,9 min nəfər olub. 1991-ci ildə gələnlər 66,3 min nəfər, gedənlər 106,4 min nəfər təşkil edib.

1995-ci ildə ölkəyə gələnlər 6,2 min nəfər, gedənlər isə 16,0 min nəfər təşkil edib.

2000-ci ildə gələnlər 4,4, gedənlər 9,9 min nəfər, 2005-ci ildə gələnlər 2,0 min, gedənlər 2,9 min, 2010-cu ildə gələnlər 2,2 min nəfər, gedənlər 0,8 min nəfər təşkil edib.

2015-ci ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2010-cu illə müqayisədə gələnləri daha çox üstələyib. Belə ki, qeyd olunan il ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2,7 min nəfər, gedənlər isə 1,6 min, 2016-cı ildə isə yaşamaq üçün gələnlərin sayı 3,2 min nəfər, daimi yaşamaq üçün gedənlərin sayı isə 1,7 min nəfər təşkil edib.

Ümumiyyətlə, 1990-cı ildən 2017-ci ilə qədər ölkəyə daimi yaşamaq üçün 283,6 min nəfər gəlib. Bu müddət ərzində daimi yaşamaq üçün ölkədən gedənlərin sayı isə 453,8 min nəfər olub.




Ana səhifəyə qayıt        Baxış: 915          Tarix: 26-07-2017, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma