Xəbər lenti

2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, həmin ildə isə bu yerləri tərk edəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Türkiyə Prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.

"Qardaşım Əliyev (Prezident İlham Əliyev - red.) zatən bunu diqqətlə izləyir", - Ərdoğan əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 5 240          Tarix: 12-07-2023, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma