Xəbər lenti

NATO Ukraynaya öz sıralarına üzvlüyünü təklif etmədi, çünki bu, avtomatik olaraq alyansı Rusiya ilə müharibəyə sürükləyərdi.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Alyansın Vilnüsdə keçirilən sammiti çərçivəsində ictimai forumda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan danışıb.

“Alyansda müharibənin ortasında Ukraynanın NATO-ya daxil olmasının təşkilatı Rusiya ilə müharibənin astanasına gətirəcəyinə dair geniş konsensus formalaşdı. NATO üzvləri hazırkı anda Rusiya ilə müharibənin mənası olmadığı qənaətinə gəldilər”,-deyə Sallivan bildirib.

Lakin ABŞ rəsmisi burada daha bir məqamı da qeyd edib. Onun sözlərinə görə, Kiyevin Alyansa Üzvlük Fəaliyyət Planına əməl etməsinə ehtiyac yoxdur və Ukrayna təhlükəsizlik və siyasət baxımından “islahatlarda əhəmiyyətli bir yol” keçib.




Ana səhifəyə qayıt        Baxış: 3 535          Tarix: 13-07-2023, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma