Xəbər lenti

"Hakimiyyət dəyişikliyi və müharibədən əvvəlki sistemin rədd edilməsi - Avropada İkinci Dünya müharibəsinin başa çatmasından sonra məhz bu baş verdi".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Abbas Qallyamov yazıb.

"Faşizmlə mübarizə apararkən onun fəal iştirakçıları müharibədən əvvəl mövcud olan "qızıl dövrə" qayıtmağı ağıllarına belə gətimədilər. Çünki onlara görə, əski dünya dağılmış, üstəlik, totalitar ideologiyaların təntənəsinə gətirib çıxarmışdı. Buna görə də faşizmə qarşı mübarizə bu mənfur ideologiyaya qalib gəlməyə imkan verən dövrün ruhu ilə belə üzləşməyə gətirib çıxardı", - deyə rusiyalı ekspert qeyd edib.

Qallyamov II Dünya müharibəsindən sonra hətta qalib dövlətlərdə də rəhbərlik dəyişikliyinin baş verdiyini xatırladıb:

"Məsələn, Çörçill böyük populyarlıq qazanmasına və ölkə qarşısındakı xidmətlərinə rəğmən, müharibədən dərhal sonra vəzifəsini itirdi".

"Rusiyada keçirilən fokus qrupları cəmiyyətin avtoritarizm və imperializmdən demokratiyaya keçidə, daxili islahatlara yönəlməyə hazır olduğunu göstərir. Hazırda Putinin ətrafının əlində böyük sərvət toplanıb və onun böyük hissəsi açıq-aşkar cinayət yolu ilə əldə edilib. Milli sərvətin ədalətli məhkəmə yolu ilə yenidən bölüşdürülməsi tələbini təmin etmək bu vəziyyətdə nəinki mümkündür, həm də zərurətə çevrilib", - deyə Qallyamov bildirib.

Qeyd edək ki, Abbas Qallyamov vaxtilə Putinin müşaviri olub və onun çıxışlarını yazıb.




Ana səhifəyə qayıt        Baxış: 3 141          Tarix: 23-07-2023, 19:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma