Xəbər lenti

Qarabağdakı qondarma qurumun başçısı Arayik Arutyunyan 25 iyul 2023-cü ildə Moskvada keçiriləcək növbəti görüş ərəfəsində Ermənistan Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikasının Xarici İşlər nazirlərinə müraciət edib.

Musavat.com bu haqda erməni mediasına istinadən xəbər verir.

Baş terrorçu Azərbaycan tərəfindən artsaxın 225 günlük blokadası”ndan, o cümlədən “40 günlük tam mühasirəsindən” bəhs edib və “mühasirə”nin “dərhal qaldırılmasının və Artsaxda sürətlə dərinləşən humanitar fəlakətin qarşısının alınmasının zəruriliyi” barədə “həyəcan təbili çalıb”.

Bundan əvvəl Vladimir Putinə və Şarl Mişelə məktub göndərən cani Arayik görünür, üçüncü dəfə şansını sınamaq istəyib.

“Yaranmış fəlakətli vəziyyət Üçtərəfli Bəyanat tərəfləri tərəfindən dərhal aradan qaldırılmasa, gələcək faciələrə görə məsuliyyətin əsas hissəsini məhz onlar daşıyacaq”-Arutyunyan şantajını davam etdirib.

“Etnik təmizləmənin qarşısını alın!” – çağırışın yükununda deyilir.




Ana səhifəyə qayıt        Baxış: 2 973          Tarix: 24-07-2023, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma