Soyuq Müharibə dövründə Sovet İttifaqının kütləvi etirazları yatırmaq üçün Macarıstan və Çexoslovakiyaya tanklar göndərmək qərarı səhv idi.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Xarici siyasətdə başqa xalqların maraqlarına xələl gətirən hər hansı bir hərəkət etmək düzgün deyil", - o bildirib.
Putin qeyd edib ki, ABŞ Sovet İttifaqı ilə eyni səhvləri edir. O deyib ki, Vaşinqtonun “dostları yoxdur, yalnız maraqları var”.
Qeyd edək ki, 1956-cı il Macarıstanda başlayan qiyam sovet tankları və qoşunları tərəfindən yatırılıb. Döyüşlərdə ən azı 2600 macar və 600 sovet əsgəri həlak olub.
1968-ci il Praqa baharı Sovet başçılıq etdiyi Varşava Müqaviləsi qüvvələrinin Çexoslovakiya Sosialist Respublikasına hücumu ilə sona çatdı. Çex tarixçilərinin məlumatına görə, işğal nəticəsində təxminən 137 çex və slovak həlak olub.
Paylaş: