Xəbər lenti

Rus təbliğatçısı və "Rus dünyası"nın ideoloqu Aleksandr Duqin Ermənistan Azərbaycan münaqişəsində əsas həlledici qüvvənin Rusiya olduğunu qeyd edib.

Milli.Az xəbər verir ki, o çıxışı zamanı bunları deyib: "İstənilən postsovet dövlətinin ərazi bütövlüyü yalnız Rusiya ilə müsbət və ya neytral münasibətlərlə təmin oluna bilər. Birbaşa düşmən tərəfinə keçmək cəhdi belə bir addım atmağa qərar verən ölkənin ərazi bütövlüyünü təhlükə altına qoyur. Paşinyanın rəhbərliyi altında Ermənistan Rusiyaya meydan oxudu, Bakı isə əksinə, məharətlə və dostcasına davrandı - nəticədə "Dağlıq Qarabağ" ermənidən azərbaycanlı oldu".




Ana səhifəyə qayıt        Baxış: 2 985          Tarix: 10-10-2023, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma