Xəbər lenti
27-11-2024, 19:25

İran yaxın saatlarda ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinə hücum edəcək.

Bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumata görə, İranın dəstəklədiyi proksi qüvvələrin ABŞ qüvvələrinə qarşı hücumu artırmağı planlaşdırdığına dair kəşfiyyat məlumatları mövcuddur.

“Bu qruplar artıq İraq və Suriyada ABŞ qüvvələrinə qarşı bir neçə pilotsuz təyyarə hücumu həyata keçirib. Lakin indi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində məlumat var ki, İsrail və HƏMAS arasında müharibənin getdiyi vaxt belə hücumlar arta bilər”, - CNN yazır.

Adının açıqlanmadığı ABŞ rəsmisi bildirir ki, İran bölgədəki silahlı qruplarına ABŞ və İsrail hədəflərinə hücum etmək təlimatı verib. Bu hücumun yaxın saatlarda baş verə biləcəyi gözlənilir.

Vaşinqton müxtəlif səviyyələrdə İrana xəbərdarlıqlar edib. Dövlət katibi Entoni Blinken də BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, İranla hərbi qarşıdurmanın baş verməsini istəmirlər, lakin ABŞ qüvvələrinə hücum edilərsə, cavab veriləcək.

Beynəlxalq mütəxəssislər hesab edirlər ki, mövcud situasiyada Yaxın Şərqdə ABŞ qüvvələrinə hücum olarsa, bu, genişmiqyaslı hərbi toqquşmaya səbəb olacaq və bu halda İsrail-HƏMAS müharibəsinin yaxın perspektivdə regional müstəviyə keçə biləcəyi istisna edilmir. (Publika.az)




Ana səhifəyə qayıt        Baxış: 5 892          Tarix: 25-10-2023, 10:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma