Xəbər lenti
27-11-2024, 19:25

BMT Baş Assambleyasının Yaxın Şərqdə baş verənlərlə bağlı X fövqəladə xüsusi sessiyasının sonunda İsrail-HƏMAS müharibəsində humanitar atəşkəs tələb edən qətnamə qəbul olunub.

İordaniyanın təqdim etdiyi, 42 üzv dövlətin birgə maliyyələşdirdiyi qətnamə layihəsində Kanadanın təklif etdiyi düzəlişi nəzərdən keçirilib. Dəyişiklik əvvəlcə səsverməyə çıxarılıb.

Qətnamə layihəsinin qəbulunda 120 ölkə “hə”, 14 ölkə “xeyr” səsini verib; 45 ölkə səsvermədə iştirak etməyib.

İki gün davam edən Fövqəladə Xüsusi Sessiyada bölgədə zorakılığın dayandırılması və daha çox qan tökülmədən bütün girovların dərhal və qeyd-şərtsiz azad etməsi tələb olunub.

Qeyd edək ki, Azərbaycan qətnamənin lehinə səs verib. Qətnamənin əleyhinə İsrail və Amerika başda olmaqla cəmi 14 və əsasən kiçik dövlətlər və ya bəzi ada ölkələri çıxıb. Böyük ölkələrdən Rusiya, Fransa və Çin Qəzzada atəşkəsin lehinə səs verərkən Britaniya, Almaniya, Kanada, İtaliya, Yaponiya, Avstraliya, Gürcüstan və s. kimi ölkələr səsvermədə iştirakdan imtina edib. Ərəb ölkələrindən yalnız İraq da eyni addımı ataraq neytral qalmağı seçib. İranla Ermənistan isə Qəzza-nın xeyrinə səs verib.

Xatırladaq ki, xüsusi sessiya BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində Azərbaycanın çağışırı ilə keçirilib.

Azərbaycan24.com




Ana səhifəyə qayıt        Baxış: 5 286          Tarix: 28-10-2023, 11:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma