Xəbər lenti

Almaniya xarici işlər naziri Annalena Berbok və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü "X" hesabında bildirib.

Onun sözlərinə görə, XİN rəhbərləri arasında təkbətək görüş baş tutub.

Nazirlərin hazırda geniş tərkibli görüşü keçirilir.

Xatırladaq ki, Almaniya xarici işlər naziri regiona səfəri çərçivəsində Azərbaycana da gələcək.




Ana səhifəyə qayıt        Baxış: 3 186          Tarix: 3-11-2023, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma