Xəbər lenti
Dünən, 19:25

“Azərbaycan prezidenti Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan etsə də, kommunikasiyaların açılması məsələsində fikir ayrılıqları var”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel “Azadlıq” radiosuna eksklüziv müsahibəsində bildirib.

“Əslində, dəqiq desək, Naxçıvanla Azərbaycan arasında yolun necə təşkil olunması ilə bağlı müzakirələr gedir”, - deyə Mişel söyləyib.

“Sizdə belə təəssürat yaranırmı ki, Azərbaycan tərəfi prosesi gecikdirir” kimi tərəfli və qərəzli suala Avropa Şurasının rəhbəri belə cavab verib: “Brüssel nikbindir və yeni görüş təşkil etmək üçün səylərini davam etdirir”.




Ana səhifəyə qayıt        Baxış: 6 051          Tarix: 13-12-2023, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma