“Hindistanın Ermənistana silah satışından xəbərdarıq. Azərbaycan bu proses daim diqqətlə izləyir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, Hindistan Azərbaycanla rəsmi təmaslar zamanı Ermənistana silah satışını Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığına qarşı yönəltmədiyini bildirib.
“Hindistanın rəsmi mövqeyi budur ki, o, silah satışını Azərbaycan, Türkiyə və Pakistanın regiondakı iştirakı ilə uzlaşdırmır. Hindistanın mövqeyi ondan ibarətdir ki, bu, sizə qarşı yönəlmiş yanaşma deyil. Bildirirlər ki, bu kommersiyadır, hərbi sənayenin inkişafı üçün qoyulan hədəfin tələbidir”, - deyə nazir əlavə edib.
Ceyhun Bayramov bildirib ki, Hindistanın Ermənistana silah satması regionda sülhün əldə edilməsi üçün kövrək və tarixi şansın yarandığı vaxtda prosesə ziyan verir, Ermənistan tərəfində revanşist qüvvələri daha da ruhlandırır.
Paylaş: