Xəbər lenti
Dünən, 19:25

“Azərbaycan və Ermənistan arasında danışıqların ikitərəfli xarakteri Avropa İttifaqı (Aİ), ABŞ və Rusiyanın geosiyasi gündəmlərini irəli sürdükləri platformalardan daha ümidvericidir”.

Bunu “Report”a açıqlamasında britaniyalı jurnalist Onnik Krikoryan deyib.

“2024-cü ildə sülh sazişinin imzalanmasının mümkün olub-olmamasına gəlincə, eyni sual 2022 və 2023-cü illərdə də verilib. Buna görə də bununla bağlı dəqiq heç nə demək mümkün deyil. Biz yalnız 2024-cü ildə bunun nəhayət baş verəcəyinə ümid edə bilərik. Təbii ki, bu dəfə şans daha yüksəkdir, çünki Qarabağ artıq Azərbaycanın tərkibində faktiki erməni siyasi qurumu kimi mövcud deyil”, - o vurğulayıb.

Lakin jurnalistin fikrincə, bu, prosesin rəvan keçdiyi demək deyil:

“Hər hansı bir saziş imzalandıqdan sonra həll edilməli olan çoxlu məsələlər var və bunun üçün həm həqiqi siyasi iradə, həm də vətəndaş cəmiyyətinin dəstəyi lazımdır”.

“Beynəlxalq ictimaiyyət də belə prosesləri dəstəkləməlidir. Üstəlik, hazırda sülh sazişinə qarşı çıxan bir çox erməni və azərbaycanlı analitiklər və siyasi fəallar arasında görüşlər şəklində keçirdiyimiz görüşlərdən daha çox, real insanlar arasında təmaslara ehtiyac olacaq”, - O.Krikoryan əlavə edib.

Britaniyalı jurnalistin sözlərinə görə, KİV, demək olar ki, yalnız neqativ hekayələrlə vəziyyəti gərginləşdirməkdənsə, stereotipləri məhv etmək üçün bir-birinin ölkələrində real həyatı işıqlandırmağa başlaya bilər:

“Hazırda məndə bir az nikbinlik var və bu ay danışıqlar prosesində irəliləyişlə bağlı müəyyən təsdiqi və vəziyyətin dəyişməsinin əlamətlərini gözləyirəm. Yanvarın sonuna qədər çox şey aydınlaşmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 3 123          Tarix: 8-01-2024, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma