Azərbaycan İraqın şimalında yerləşən Ərbil şəhərində Baş Konsulluq açılması üçün işlər aparır.
Bunu Modern.az-a açıqlamasında İraq Kürdüstan Regionu hökumətinin Etnik Azlıqların İşləri üzrə naziri Aydın Maruf Səlim bildirib.
“Azərbaycanın Ərbildə konsulluq açmasından çox mənnun olarıq. Bunun üzərində işlər aparılır. Bildiyiniz kimi, Azərbaycanın Bağdadda konsulluğu var. Yaxın zamanda Ərbildə də konsulluğun olmasını çox səbirsizliklə gözləyirik. Biz Azərbaycanı qardaş ölkə olaraq görürük, onun uğuru hər zaman bizi sevindirir”,- deyə o qeyd edib.
Qeyd edək ki, Almaniyanın Münhen şəhərində baş tutan görüşdə konsulluğun açılması Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə müzakirə edilib. İraq Kürdüstan Regionunun başçısı ötən ilin yayında Azərbaycana səfər edib.
Paylaş: