Xəbər lenti

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 20-də Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun 21 mart tarixində Brüssel şəhərində keçiriləcək Nüvə Enerjisi Sammitində iştirakı və çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.




Ana səhifəyə qayıt        Baxış: 2 875          Tarix: 20-03-2024, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma