Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid etdiyini bildirib.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ararat Mirzoyan Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında bildirib.
“İnanırıq ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə qeyd etmək imkanı olacaq”, - o qeyd edib.
A.Mirzoyan həmçinin danışıqların irəliyə doğru addım olacağına, hər iki tərəfin öhdəliklərinə sadiq qalacağına, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatlarını müzakirə etməyə davam edəcəyinə ümid etdiyini vurğulayıb.
Onun sözlərinə görə, ikitərəfli komissiyalar sərhədlərin delimitasiyası ilə bağlı detalların müzakirəsini davam etdirir.
Paylaş: