Fransa səsimizi dünyaya çatdırmağa imkan vermir.
“Report” xəbər verir ki, bunu Fransız Polineziyasının “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu mayın 30-da Milli Məclisdə keçirilən "Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər" mövzusunda konfransda çıxışı zamanı deyib.
O, partiyalarının artıq 40 ildir Fransız polineziyasının müstəqilliyi uğrunda mübarizə apardığını bildirib: "Bu gün Azərbaycanda olduqlarına, problemlərini ifadə etməyə imkanı tapdıqlarına görə çox məmnundurlar".
Fransız Polineziyası Assambleyasının Büdcə və Maliyyəyə Nəzarət Komissiyasının sədri Maurea Tuaiahutapu isə bundan sonra hədəflərinin ölkələrini qurmaq və onun rifahını təmin etməkdən ibarət olduğunu söyləyib.
O, Bakı Təşəbbüs Qrupuna, Milli Məclisə və deputatlara təşəkkür edib:
“Biz sizin azad və gözəl dövlətinizdə olmaqdan çox şadıq, biz bir daha Azərbaycanın dəstəyini bugünkü konfrans vasitəsilə hiss etdik. Biz özümüzü tək hiss edirdik və müstəmləkəçi dövlətin bizi eşitmədiyini düşünürdük. Ancaq Azərbaycanın dəstəyi bizi mübarizəmizdə daha da ruhlandırdı”.
Paylaş: