“Bu hərəkat Rusiya və ya qərbyönlü hərəkat deyil, Erməni Apostol Kilsəsinin rəhbərlik etdiyi ermənipərəst milli hərəkatdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Ruben Karapetyan İrəvandakı Surb Xaç kilsəsinin həyətində jurnalistlərlə söhbətində deyib.
“Ancaq biz başa düşməliyik ki, bu, kilsə hərəkatı deyil, çünki bu, dövlətçilik uğrunda mübarizə hərəkatıdır. Dövlət zəifləyəndə kilsə bu məsuliyyəti öz üzərinə götürür və irəli gedir. Bu hərəkat ona görə başladı ki, konstitusiyaya zidd, qanunsuz, birtərəfli proses gedir.
İkinci mühüm məqam isə Paşinyanın sülh məsələsi ilə bağlı apardığı spekulyasiyadır, sülh danışıqlarıdır. Diplomatlar danışanda silah susur, bizdə diplomatiya varmı? Belə bir proses varmı, yoxsa Ermənistanın hesabına müəyyən geosiyasi problemlərin birtərəfli qaydada həlli prosesi gedir? Əgər belədirsə, o zaman Ermənistan öz ilkin şərtləri ilə danışıqlar masası arxasına əyləşməlidir. Biz bütün bunları görmürük. Nəticə etibarilə bu iş tərzi ilə müharibə görünən sülhdən daha yaxın olur”, - Karapetyan bildirib.
Paylaş: