Xəbər lenti

"Üzv ölkələrin Avropa İttifaqına yeni dövlətlərin daxil olması ilə bağlı qərarların qəbuluna yanaşması fırıldaqçılıqdır".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

"Madam ki, onlar dünya məsələlərində bir növ liderlik iddiasındadırlar, dünyaya münasibətin meyarlarına uyğunlaşmalıdırlar, bu ikili standartlaşdırmanı məhv etməlidirlər. Bu isə heç ikili standartlar da deyil, sadəcə fırıldaqdır", - deyə o bildirib.

Zaxarova Türkiyənin Aİ-yə daxil olması ilə bağlı vədlərə və bu dövlətə qarşı ikili standartlara toxunub.

Onun sözlərinə görə, Aİ-yə üzv olmaq üçün namizədlər üçün qoyulan prinsiplərə cavab verməyən bəzi ölkələr, hətta xalqlarının iradəsinin ziddinə olsa belə birliyə sürüklənir:

"Ancaq o ölkələr ki, qoşulmaq istəyirdilər və obyektiv göstəricilərə görə, ilk növbədə də iqtisadi cəhətdən uyğun gəlirdilər qəbul edilmədilər. Halbuki uzun müddət onları qarmaqda saxlayaraq daha da yaxşılaşmağı tələb edirdilər. Bu onu deməyə əsas verir ki, Qərb beynəlxalq gündəmə yanaşmanın hər bir aspektində ikili standartlar tətbiq edir".

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 944          Tarix: 7-06-2024, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma