Xəbər lenti

"ABŞ-nin Ermənistandakı səfirliyi Caliber.az-ın "ABŞ ordusu Zəngəzura daxil oldu" adlı və regionda geniş rezonans doğuran məqaləsinə reaksiya verib".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan növbəti siyasi təhlildə deyilir.

Bildirilir ki, redaksiyanın məsləhətinə əməl edərək, News.am saytının müxbiri bu məqalə ilə bağlı ABŞ səfirliyinə müraciət edib və cavabında qısa ismarış alıb:

"ABŞ və Ermənistan arasında qarşılıqlı əlaqələri gücləndirməyə yönəlmiş "Eagle Partner" təlimləri iyulun 24-də uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, ABŞ-nin bütün texnikası və şəxsi heyəti Ermənistanı tərk edib".

"Lakin bizim məqaləmizdə "Eagle Partner" təlimlərindən heç danışmamışdıq! Ermənistan-ABŞ birgə hərbi təlimləri İrəvan və Vaşinqton arasında ikitərəfli münasibətlər mövzusudur. Müvafiq olaraq, ABŞ səfirliyinin nədənsə bu təlimlərə aid olan cavabı bizim məqaləmizin təkzibi deyil. Əksinə verdiyimiz məlumatı dolayısı ilə təsdiqləyən diqqəti yayındırma manevridir.

Bundan əlavə, məqaləmizdə ABŞ səfirliyinin cavabında qeyd olunan təlimləri heç xatırlatmamışdıq", - deyə müəllif vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 315          Tarix: 8-08-2024, 18:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma