Rusiya avqustun 1-də 1996-cı ilin fevralında Strasburqda imzalanmış Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasından çıxıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin hüquqi portalında yerləşdirilmiş rəsmi məlumatında deyilir.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasını denonsasiya etməsi haqqında qanunu imzalamışdı.
Müşayiətedici materiallarda qeyd olunur ki, konvensiyanın qüvvəsinin dayandırılması zərurəti Avropa Şurası Nazirlər Komitəsinin 2022-ci il 27 sentyabr tarixli qətnaməsinin milli azlıqların müdafiəsi sahəsində iştirakçı ölkələrin öhdəliklərinin yerinə yetirilməsinə nəzarət üçün yaradılmış Məsləhət Komitəsində Rusiya ekspertinin səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırması ilə əlaqədardır.
Bundan əlavə, Rusiya müvafiq kateqoriyalı vətəndaşların, o cümlədən xaricdəki rusdilli əhalinin hüquqlarının pozulması hallarını beynəlxalq səviyyədə izləmək imkanını itirib.
Paylaş: