Xəbər lenti

Rusiyadakı siyasi və hərbi mərkəzlər Ukrayna ilə müharibəni milliləşdirməyə və müxtəlif xalqları ukraynalılarla qarşıdrmaya təhrik etməyə çalışırlar. Rusiya Müdafiə Nazirliyi Kurskda Ukrayna ordusu ilə savaşa çeçenlərdən formalaşan “Əhməd” (Axmat) silahlı qruplaşmasıyla yanaşı ermənilərdən təşkil edilmiş “Arbat” (“Armyanskiy batalyon”) muzdlu batalyonunu da həmin istiqamətə göndərib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya və işğal altındakı Abxaziya ermənilərindən təşkil olmuş “Arbat” muzdlu batalyonu ötən il Moskvada erməni kilsəsindən birbaşa döyüşlərə yola salınıb:

“Ukraynaya qarşı savaşan erməni muzdluların komandiri keçmiş “Vaqner” döyüşçüsü Ayk Qasparyandır. Bu erməni Rusiya Prezidenti Vladimir Putinin əlindən dövlət mükafatı alıb. Ayk Qasparyan Ukraynanın işğal edilən ərazilərində evləri yağmalamaqla, mülki insanları qətlə yetirməklə məşhurlaşıb. Ayk Qasparyan batalyonuna işsiz qalan keçmiş Qarabağ separatçılarını da cəlb etməyə çalışır. Moskva paralel olaraq başqa etnik qruplardan da xüsusi batalyonlar formalaşdırmağa çalışır. Bu sırada Rusiyada yaşayan və çalışan özbəklərin, qırğızların, taciklərin və azərbaycanlıların adlarını çəkirlər. Əgər Moskva əvvəllər etnik qrupları ordu sıralarında toplayırdısa, indi onlardan ibarət muzdlu batalyonlar formalaşdırır ki, bu millətlərlə ukraynalılar arasında nifaqı dərinləşdirsin”.

Qeyd edək ki, ötən il iyulun əvvəlində Ukrayna ordusu "Arbat" batalyonunu darmadağın etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 504          Tarix: 27-08-2024, 23:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma