Xəbər lenti

"Ermənistan-"Dağlıq Qarabağ" parlamentlərarası komissiyasının buraxılması zəruridir, çünki ikinci tərəf artıq səlahiyyətli deyil".

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri ölkə parlamentinin spikeri Alen Simonyan sessiyada çıxışı zamanı deyib.

Simonyan sessiya zamanı "Hayastan" fraksiyasının katibi Artsvik Minasyanın üçillik fasilədən sonra onun bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmaması ilə bağlı sualını cavablandırıb.

Ermənistan parlamentinin spikeri bəyan edib ki, onun üçün artıq "Dağlıq Qarabağın rəsmisi", o cümlədən "Dağlıq Qarabağın prezidenti" anlayışları yoxdur.

Alen Simonyanın sözlərinə görə, o, bir hüquqşünas kimi hesab edir ki, sözügedən formatın buraxılması məsələsi ciddi şəkildə müzakirə olunmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 155          Tarix: 9-09-2024, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma