Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi heç vaxt imzalanmayacaq.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Ovannes Avetisyan deyib.
“Mən sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə inanmıram. Üstəlik, bu müqavilənin nə vaxtsa imzalanacağına inanmıram. Ancaq səhv etsəm də, sənəd imzalansa da, bu, vəziyyəti dəyişməyəcək. Axı belə bir razılaşma tam olaraq nədir? Bu, tərəflərin nə etməyə razılaşdıqları və tərəflərin nəyi etməmək barədə razılığa gəldiyi bəndlərin siyahısıdır”, - deyə, o bildirib.
Erməni ekspertə görə, tərəflərin bütün öhdəlikləri yerinə yetirməsini təmin etmək üçün zaminlər institutunun (erməni hiyləgərliyi, belə bir məcburiyyət yoxdur-red.) da olması lazımdır. Zaminlər institutu (?) əsasən, fövqəldövlətlər və ya öhdəliklərinin bir hissəsini yerinə yetirməyən tərəfə qarşı sanksiyalar tətbiq edən beynəlxalq təşkilatlardır”, - deyə Avetisyan qeyd edib.
Lakin erməni politoloqa görə, Paşinyan və komandasının ayrı, öz gündəliyi var.
“Onun vəzifəsi Ermənistanı Rusiyanın təsir zonasından çıxarmaqdır. Bu adamları Ermənistanın kimin təsir zonasına düşəcəyi, neçə ərazi itirəcəyi və kimliyini qoruyub saxlayacağı maraqlandırmır”, - deyə, revanşist ekspert bildirib.
Paylaş: