Xəbər lenti

Gürcüstana yeni xarici işlər naziri təyin olunub.

Oxu.Az xəbər verir ki, bu vəzifəyə Maka Botçorişvili seçilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın yeni təyin edilən naziri ilə telefon danışığı aparıb.

C.Bayramov həmkarını Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər.

Ölkələr arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.




Ana səhifəyə qayıt        Baxış: 2 464          Tarix: 2-12-2024, 20:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma