Ermənilər də, gürcülər də siyasi cəhətdən axmaqdırlar. Bu o deməkdir ki, hər iki xalq müstəqil siyasi vahid kimi öz gündəmini yarada və xalqını milli məqsədlər ətrafında birləşdirə bilməyib.
Axar.az xəbər verir ki, bu sözləri dövlət idarəçiliyi üzrə mütəxəssis, iqtisadçı Ovannes Avetisyan deyib.
O bildirib ki, bunun nəticəsində hər iki xalq Qərb və Şərq maraqlarının təsiri altında parçalanıb, gürcülərin bir hissəsi siyasi ölümü getdikcə daha aydın görünən bir quruluşa qovuşmaq üçün indi küçədə bir-birini qırır:
“Guya Avropa Birliyinə qoşulmasaq, ruslar bizi darmadağın edəcək. Avropa Birliyinin iki əsas sütunu dərin böhran içindədir, məncə, bu böhran gələcək onillikdə daha da pisləşəcək və bu, AB-nin siyasi bir qurum kimi fəaliyyətini dayandırmasına və ya qlobal rolunun aradan qaldırılmasına gətirib çıxaracaq. Belə ki, həm Almaniyada, həm də Fransada böhran yaşanır. Almaniya gələn ilin fevralında fövqəladə seçki keçirəcək, Fransa Senatı isə bir neçə ay hakimiyyətdə olan baş nazirə etimad göstərmədi. Altmış il bundan əvvəl belə bir hadisə baş vermişdi. Hər iki ölkədə həyat hər gün daha da bahalaşır, Ukrayna ilə müharibəyə görə arxa planda qlobal silahlanma yarışına qoşulublar.
Ermənilərin və gürcülərin AB-yə münasibətdə siyasi şüuru turistin Avropanın görməli yerlərini gəzib, bir neçə günlük istirahətdən həzz almasına və bütün bunları əsas götürərək, gedib orada yaşaya biləcəyi qənaətinə gəlməsinə bənzəyir.
Siyasi cəhətdən yetkinləşənə qədər bizdən uzun müddət istifadə olunacaq, bu o deməkdir ki, biz gələcəyə öz baxışımızı, gündəmimizi yaratmırıq və xalqımızı öz maraqlarımız ətrafında birləşdirmirik”.
Paylaş: