"Rusiya regionun bütün ölkələri ilə dialoqu qoruyub-saxlayır. Biz bunu davam etdirməyi planlaşdırırıq".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskov Suriyada hakimiyyət dəyişikliyinin Rusiyanın Yaxın Şərqdəki geosiyasi təsirinə necə təsir edəcəyi sualına cavab verərkən bildirib.
Onun sözlərinə görə, Bəşər Əsəd prezident postunu tərk etdikdən sonra Kreml Suriyada baş verənləri diqqətlə izləyir və orada vəziyyətə nəzarət edənlərlə əlaqə saxlayır.
"Bu, zəruridir, çünki orada bizim bazalarımız və diplomatik nümayəndəliklərimiz var", - deyə Kreml nümayəndəsi əlavə edib.
Peskov qeyd edib ki, Suriyadakı Rusiya obyektlərinin təhlükəsizliyi məsələləri son dərəcə vacibdir və birinci dərəcəli əhəmiyyət daşıyır.
"Əlbəttə ki, bundan sonra da çox diqqətlə izləyəcək və orada yaranan reallıqlardan çıxış edəcəyik", - deyə o əlavə edib.
Paylaş: