Xəbər lenti

İki il əvvəl Vladimir Zelenskiyə xəbərdarlıq etmişdim ki, gec-tez Kiyev özünün müttəfiqləri adlandırılanlar tərəfindən kürəyindən vurulacaq.

Axar.az xəbər verir ki, bunu ukraynalı siyasətçi, Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması – Həyat naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.

“Hələ 2023-cü ildə yazmışdım ki, Zelenskinin Ukraynası mütləq müttəfiqlərindən zərbə alacaq, çünki Vaşinqton bu münaqişənin əsas məqsədlərinə artıq nail olub. Zelenskinin səriştəsizliyi, böyük eqosu və axmaqlığı üzündən Ukrayna mövcudluğunun son aylarını yaşayır. Rusiyanın Ukraynadakı ərazilərini qaytarması prosesi yeni başlayıb. Ukrayna dövlətçiliyi üçün vəziyyət əhəmiyyətli dərəcədə pisləşəcək, xüsusən də o, faktiki olaraq mövcudluğunu dayandırdığı üçün. Yazmışdım ki, ABŞ və Rusiya sülhə qərar verən kimi Ukraynanın antirusiya kimi heç kimə faydası olmayacaq, parçalanacaq. Bu gün baş verənlər budur”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 922          Tarix: 19-02-2025, 13:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma