Xəbər lenti

Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək, mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, TBMM sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və Müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyir-bərəkət gətirməsini diləyib.

Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən, parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.




Ana səhifəyə qayıt        Baxış: 3 508          Tarix: 5-03-2025, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma