Xəbər lenti

Amerika əsgərləri Əfqanıstanda

 

Aleksandr Şpunt

REGNUM İA, 04.05.2017

 

Əfqanıstanın bərpası üzrə ABŞ-ın özəl baş müfəttişi (Ağ Ev administrasiyasında bu cür vəzifə var) Con Sopko bu həftənin əvvəlində bu ölkədəki durumla bağlı ABŞ Konqresinə növbəti rüblük hesabat təklif edib. Bu hesabatın gözlənilməz olduğunu demək olmaz. Və bununla belə, Sopkonun hesabatında ifadə olunmuş quru rəqəm və faktlar Kapitoliya təpələrində şok doğurub.  

ABŞ-ın mərkəzində iş bacaran milli administrasiya və ordu yaratmağa güvənmək olan bütün Əfqanıstan siyasətinin, düzünü desək, əkiz qüllələrin dağıldığı, iş bacarıqlı İraq dövlətçiliyi və əlindən iş gələn Suriya müxalifəti yaratmaq kimi iflasa uğradığı çoxdan sirr deyil. Lakin Əfqanıstan iflasınn əndazəsi hətta hər şeyə artıq  alışmış konqresmen və senatorlarda da təsir buraxıb.

ABŞ müfəttişi Con Sopko meyidxana hesabdarı dürüstlüyü ilə ABŞ-ın təmsilçilik hakimiyyətinə, demək olar, 16 ildən sonra ABŞ-ın dəstəyi ilə taliblər rejiminin necə devrildiyi, Əfqanıstanın “təhlükəsizlik qüvvələri və mülki əhali içində bütün illər ərzində sarsıdıcı rekord göstəricilərlə müharibənin cəngində qaldığı” haqda təfərrüatlı şərh verib. Hətta məruzə üzərində işin başa çatdığı andan keçən cəmi on gün ərzində durum kəskin şəkildə pisləşib.

Məruzə Əfqanıstan milli ordusunun Məzari-Şərifdə – Bəlx əyalətinin inzibati mərkəzində aprelin 21-də “Şahin” hərbi bazasındakı beşsaatlıq (!) teraktın məlumatlarını ehtiva etmir. O zaman 140-dan çox əfqan hərbçisi həlak olub, daha 150 nəfəri yaralanıb. Bu misli görünməmiş teraktdan sonra Əfqanıstan müdafiə naziri və ordu qərargahı rəisi ABŞ-ın öz silahlı qüvvələrindən daha yüksək normativlər üzrə maliyyələşdirdiyi və təchiz etdiyi Əfqanıstanın bütün güc maşınının biabırçı durumuna görə günahın etirafındansa daha çox məsuliyyətdən qaçmağı xatırladan istefa veriblər.

Amerikalıların içində də cari itkilər var, amma onları taliblər deyil, Əfqanıstan “ordu”sunun səriştəsizlik və savadsızlığı öldürüb. Lap bu yaxınlardakı hadisə – aprelin 27-də “dost atəşi”, sadə şəkildə deyilsə, Pentaqonun etiraf etməyə məcbur olduğu kimi, əfqan hərbçilərin yekəbaşlığı nəticəsində Amerikanın iki xüsusi təyinatlısı öldürülüb, biri isə yaralanıb. Əfqanıstan hərbçiləri 2014-cü ildən bəri müharibənin viranə qoyduğu bütün ölkədə təhlükəsizliyin təminatı üzrə formal məsuliyyət daşıyırlar. NATO qüvvələrinə konsultativ və təlim rolu ayrılıb. ABŞ 11 sentyabr teraktından sonra 2001-ci ilin axırında talib rəhbərliyinin “Əl-Qaidə” lideri Üsamə bin Ladeni təhvil verməkdən imtina etdikdən bəri ölkə daxilində münaqişəyə ilk dəfə qatılır.

Və budur, hərbi əməliyyatların 16 ilindən sonra tamlıqdan uzaq ancaq rəsmi məlumatlara görə, 2016-cı ildə Əfqanıstanda 670 000-dən çox adam öz evini tərk edib. ABŞ baş müfəttişinin məruzəsində deyilir: “Bu, müharibənin bütün illəri ərzində mütləq rekord və əvvəlki illə müqayisədə 40%-lik artımdır”.

ABŞ HHQ aprelin 13-də Nanqahar əyalətində adı çəkilməyən obyektə Ordnance Air Blast – dünya tarixində ən böyük ştatlı qeyri-nüvə partlayıcı maddəsi olan “bütün bombaların anası” ləqəbli superbomba atıb.

Həm Pentaqon, həm taliblər, həm Kabul, həm xilafət, həm də NATO-nun bu hədəfi və superbombanın tətbiqinin nəticələrini heç cür şərh  etmədiyinə baxanda bunu sadəcə Amerika hərbçilərinin anbar təsərrüfatının ABŞ daxilindəki təbliğat kampaniyası ilə çulğaşan, ən savadsız meşşana hesablanan növbətçi sınağı hesab edən Amerika hərbi ekspertlərinə inanmaq qalır.

Məruzə Əfqanıstandakı ABŞ və NATO qoşunlarının komandanı, general Con Nikolsonun qiymətini bu cür sitat gətirir: “Taliblərin nüfuz və mütəşəkkilliyinin və İŞİD tərəfindən davam edən hərbi əməliyyatların artımı fonunda Əfqanıstanda təhlükəsizlik sahəsindəki məsələlər çıxılmaz durumdadır”.

Ölkənin əsas vilayətlərində – Gilmənd, Nanqahar, Qəndəhar, Qunar və Qəznidə xüsusən ağır durum yaranıb.

Məruzədə qeyd olunur ki, Kabulun və (dünya ictimaiyyətinin baxışınca) ölkədə formal hakimiyyətin itirilməsi talibləri əsla narahat etmir. Axı Kabulda tiryək xaşxaşı bitmir.

Əfqanıstanda xaşxaş plantasiyası

 

Məruzədə yazılıb: Qərbə sarı taliblərin ideologiyasına tam uyğun gələn narkoticarət (onlar öz narkomanlarının sadəcə başını kəsirlər) təkcə kafirlərlə müharibədə silah kimi çıxış etmir, həm də Talibana silah, maliyyələşmə və maddi dəstək təmin edir.

Talibanın bütün iqtisadiyyatı – bu, təkcə müharibə deyil, həm də sosial sahə, təhsil, tabeliyindəki ərazilərdə səhiyyədir – gəlir hissəsində 60% narkotiklərin qanunsuz dövriyyəsinə borcludur.

Əfqanıstan dünyada ən böyük istehsalçı, faktiki olaraq dünyada eroinin, təxminən, 80% istehsalçısı kimi inhisarçı olaraq qalır. Kolumbiya və Meksika narkokartelləri bu fonda, sadəcə, Hollivudun qoçaq polislər haqda filmləri üçün parlaq karton dekorasiyalardır. Və buna görə də mətndə sonra ən başlıca olaraq deyilir: “Əfqanıstan qüvvələrinə konsultativ dəstək üçün əlavə qoşunlar və birbaşa idarəçiliyin genişləndirilməyi lazımdır” və general Nikolson bunu tamamilə dəstəkləyir.

ABŞ prezidenti Donald Trampın tezliklə Əfqanıstanda nə etməli olduğunu qət etməyi lazım gələcək. Onun Milli təhlükəsizlik kabinetində bir neçə həftəlik yetərincə sərt, hətta ekspert cəmiyyətinə əndəriləcək qədər kəskin diskussiyalardan sonra Ağ Evin yüksəkçinli məmurları cümə günü Amerikada ən uzunmüddətli müharibəni necə aparmağa dair yeni stratregiya haqda ümumi şəkildə qeyri-rəsmi məlumat veriblər. Trampın özü seçkiqabağı kampaniyanın gedişində “Amerikaya dönmək və problemlərlə məğul olmağa” çağırsa da, Əfqanıstan eroini Amerikanın problemidir. Buna görə də müdaxiləçilərin mövqeyi qalib gəlib.

Administrasiya təmsilçilərinin sözlərinə görə, Əfqanıstanda təklif olunan straegiya ABŞ-ın məqsədlərini inklüziv (hamını əhatə edən-tərc.) hökumət qurmaq və taliblərin nəzarət etdiyi əraziləri geri qaytarmağı nəzərdə tutan prezident Əşrəf Qaninin iddialı planlarının uğuru ilə əlaqələndirir. Bununla yanaşı, strategiya son nəticədə taliblərə sülh sazişi yaratmağı nəzərdə tutur – lakin onları danışıqlara məcbur etmək üçün güc və hərbi təzyiq mövqeyindən.

Trampın adamlarının fikrincə, yeni strategiya ucuz deyil. Onda ildə, ən azı, 23 milyard dollarlıq xərc hissəsinin baza səviyyəsi qeyd olunub. Əfqanıstanda müxtəlif təşəbbüslərə dəstək, təkcə Əfqanıstan polisi və silahlı qüvvələrinin saxlanması (Ağ Ev əməkdaşlarının danışığında kifayət qədər açıq şəkildə deyilir – “saxlamaq”) üçün deyil, həm də korrupsiya ilə mübarizədə polis və özəl güclərin maliyyələşməsi.

Amerika hərbçilərinin sayı elan edilməsə də, məmurlar mənə deyiblər ki, NATO kontingentinin artırılacağını güman edirlər, lakin çətin ki avropalılardan kimisə kontingenti ciddi şəkildə artırmağa dilə tutmaq mümkün olsun. Yəni bu, Əfqanıstann layihəsində ABŞ-ın qoşun payının avtomatik şəkildə artacağı deməkdir.

Ən mühümü – yeni strategiya ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Amerika qoşunlarının çıxarılması üçün hər hansı müddətin təyin edilməsi üzrə yanaşmasından tamamilə kənarlaşacaq. Bunun əvəzinə Amerika qoşunlarının ölkə daxilində “birbaşa döyüş meydanında” iştirakı planlaşdırılır.

Hər şeyə əsasən, ABŞ tarixində ən uzunmüddətli hərbi kampaniya təzə-təzə başlanır, axı eroin bahadır.

Eroinsiz Amerika küçələri misilsiz dərəcədə bahadır.

 

Tərcümə Strateq.az-ındır.




Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 5-05-2017, 12:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma