Türkiyə tankları Afrinə doğru h\rəkət edir
Rudaw (İraq Kürdüstanı), 24.01.2018
Kürd özünümüdafiə qüvvələri komandiri Sepan Hamo bazar ertəsi Rusiyanı ittiham edərək bildirib ki, Moskva türklərə Hələbdən şimali-qərbdə Afrində əməliyyata başlamağa yol verməklə Suriya kürdlərinə xəyanət edib. O, əlavə edib: “Dəməşq bizə məlumat verib ki, Moskva Suriya hökumət qoşunlarına türk ordusunun əməliyyatlarına cavab verməkdə mane olub, bununla da onların bizə dəstəyinə imkan verməyib”.
Hamo “əş-Şərq əl-Əvsət” qəzetinə müsahibədə bəyan edib ki, bu yaxınlarda Moskvaya səfər edib və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiya hərbi kəşfiyyatı təmsilçilərilə görüşüb. Bu, Türkiyə Baş Qərargah rəisi Hulusi Akar Rusiya paytaxtında türk ordusunun və Suriya müxalifəti fraksiyasının Afrində “Zeytun budağı” əməliyyatı haqda danışıqlar apardıqdan sonra baş verib.
Hamo deyib: “Rusiya tərəfi bizə bildirib ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyini qorumaq hüququna malikdir”. Kürd komandirin sözlərinə görə, Gerasimov Rusiya qoşunlarının Afrindən Təl-Rifəət istiqamətinə çıxarılması, habelə Rusiya ordusunun Türkiyənin əməliyyatına qarışmayacağı haqda ona məlumat verib.
Xalq özünümüdafiə dəstələrinin komandiri sıradakını da qeyd edib: “Mən Rusiya hökumətindən havadan müdafiə, həmçinin Türkiyənin bizi bombalamasına mane olmaq haqda xahiş etdim, amma onlar razılaşmadılar. İndiki anda durum acınacaqlıdır, bombardman davam edir və son 24 saatda bir dəfə də kəsilməyib”.
O söyləyib: “Rusiya Türkiyə ilə əlbirliyə girib və bizi xaincəsinə satıb”.
Bundan başqa, kürd liderin vurğuladığı kimi, Moskvada danışıqların gedişində hiss edib ki, onun keçən səfərilə müqayisədə Rusiya öz mövqeyini dəyişib, çünki bu dəfə Suriya müxalifəti daxilindəki mötədil qruplar və Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək hüququndan danışmağa başlayiblar.
Tərəflər həm də Kürdüstan Fəhlə partiyası (PKK-tərc.) və Türkiyənin onunla mübarizə aparmaq hüququ haqda məsələ qaldırıblar. “Biz Rusiya təmsilçilərini məlumatlandırdıq ki, bizim aramızda PKK döyüşçüləri yoxdur və onlara sual etdik ki, Rusiya qüvvələri Afrində uzun müddət olarkən nə ilə məşğul olurdular. Lakin Rusiya rəsmiləri qəflətən öz mövqelərini dəyişdi və danışmağa başladılar ki, prezident Vladimir Putinin qərarı bu cür olub”. Bu qayda ilə kürdlər Moskvadan əminliklə dönüblər ki, Moskva onlara qarşı sui-qəsdin iştirakçılarından biridir. Kürd dəstələrinin rəhbərliyi Dəməşqdə təhlükəısizlik xidmətinin zabitləri və hərbçilərlə təmasa giriblər və onlar bildiriblər ki, Türkiyə təcavüzünü dəf etmək istəyir və uyğun bəyanatlarla çıxış edirlər, lakin yekunda kürdlərə məlumat veriblər ki, Türkiyəyə qarşı durmaqda Rusiya onlara mane olur. Hamo qeyd edib ki, onlarla döyüşçü silahlı dəstələr və müqavimət güclərinə dəstək üçün ləvazimatla rejimə tabe ərazilərdən keçərək Mənbicdən Afrinə yollanıb. O, əlavə edib: “Rusiyanın vasitəçiliyinə və yaxud Xmeymim hərbi bazasında görüşə ehtiyacımız yoxdur, çünki biz Dəməşqlə əməkdaşlıq edirik, lakin Moskva Ankaraya rəğbət bəsləyir və Türkiyə təcavüzünü cavablandırmaqda Suriya rəhbərləiyinə mane olur”.
Kürd komandirin sözlərinə əsasən, Türkiyənin qəsdi Afrinə doğru irəliləmək və onu Türkiyəyə birləşdirməkdən ibarətdir, bundan sonra Hələb, ardınca Əzaz, Əl-Bab və Afrin şəhərləri üzərində nəzarət qurmağı planlaşdırır. O, Türkiyənin dəstəklədiyi fraksiyaların “Suriya Demokratik Qüvvələri”nə dəstək üçün Amerika silahlı qüvvələrinin kiçik bazaya sahib olduğu Mənbic şəhərinə çatmağa imkan verəcəyi imkanını istisna edib.
Hamo deyib: “Arim bölgəsində Mənbicdən cənubda Rusiya məntəqəsi yerləşib və Moskva Türkiyəyə ora girməyə imkan verə bilər”.
O, qeyd edib ki, İŞİD-ə qarşı Amerikanın başçılıq etdiyi beynəlxalq koalisiya bildirib ki, Afrin ətrafındakı ərazi onun hərbi əməliyyat zonasına daxil deyil. “Amerikalılar çoxdan bu mövqeyi tuturlar. Onlar bizə deyiblər ki, Afrin Rusiyanın nüfuzu altındadır”.
Tərcümə Strateq.az-ındır.
Paylaş: