Xəbər lenti

Leonid Smirnov

rosbalt.ru, 02.12.2018

 

Dünya pravoslavlığında ikitirəlik sürətlə güclənir. Dinşünas, Rusiya EA Avropa İnstitutunun din və cəmiyyət problemlərinin araşdırılması üzrə Mərkəzin rəhbəri Roman Lunkin hadisələrin mümkün inkişaf ssenarilərindən danışıb.

Onun Rusiya portalına müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

Roman Nikolayeviç, durum tez-tez dəyişir, şərait “döyüşə yaxındır”. Konstantinopol (Dünya) patriarxatlığı Ukraynanın Moskvadan qətiyyən asılı olmayan məhəlli Pravoslav Kilsəsinin təməlini qoymağa nəzərdə tutulan Birləşdirici Qurultayın tarixini elan etmək üzrədir. Qurultayın təxirə salındığı ilk dəfə deyil. Bunu nəylə izah etmək olar?

-Konstantinopol avtokefaliyanı (kilsənin başqa kilsələrdən inzibati müstəqilliyi-red.) istənilən üsulla yetirmək və Ukraynaya tomos (dini-inzibati fərman-red.) – avtokefaliya,Ukraynanın  gələcək pravoslav kilsəsinə  müstəqillik haqda sənəd vermək üçün açıq qərar alıb. Amma bu qərarların alınma prosesində aydınlaşıb ki, həm prosesi, həm də tomosu hərə bir cür anlayır.

Ümumdünya patriarxlığı  indi Ukraynanın gələcək pravoslav kilsəsi üçün (ixtisarla UPK, əlavəsiz) hələlik elan edilməmiş faktiki nizamnamə hazırlayıb. UPK-nin yeni başçısının almalı olacağı tomosun hazırlanması da budur. Konstantinopol da Birləşdirici Qurultay prosesini fəal hazırlayıb – ehtimala görə, o, dekabrda keçiriləcək. Ümumdünya patriarxı Varfolomey ondan asılı hər şeyi edib. İndi hər şey Ukrayna tərəfindən asılıdır.

Əsas məsələlərdən biri: Ukrayna hökumətinin Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin (MP UPK), heç olmasa, bir hissəsinin Birləşdirici Qurultayda iştirakına, onu parçalamağa nail olmasıdır. Bu, hələlik baş tutmayıb. MP UPK başçısı mitropolit Onufrini (Berezovskini) qorxutmaq alınmayıb. Ola bilsin, MP UPK ruhaniləri içində avtokefaliya tərəfdarları var, amma belə üsulla deyil. Və heç kim prezident Poroşenkonun və Varfolomeyin hökmü altına keçmək istəmir. Və bax, burada çox maraqlı bir sual: bu prosesi sonadək aparmaq Varfolomey üçün nə qədər önəmlidir? Bunun Ukrayna prezidenti Pyotr Poroşenko üçün nə qədər mühüm olduğu aydındır! Qurultay keçirmək, yeni UPK başçısı seçmək və vahid məhəlli kilsənin bu yeni başçısının tomos alacağı – və arzuediləndir ki, partirax olsun – təntənəli tədbir təşkil etmək onun üçün son dərəcə əlverişlidir. Sözsüz, Ukraynanın yeni patriarxının seçkilərdən qabaq Poroşenkonun ünvanına xeyir-dua etməyi ən yüksəök nöqtə olardı. Amma bu, artıq çox gözəl bir nağıldır.

Bu, Konstantinopola isə tamamilə özgə cür görünür. İndiki durum hətta ona əl verir. O, Ukrayna kilsəsi üzərində öz hakimiyyətini saxlayır və möhkəmləndirir. Bu qurultayı yetərincə uzun müddət çağırmaq və prosesi işə salmaq olar. Amma Moskvanın bütün rəqibləri – Rusiya Pravoslav Kilsəsinin (RPK) baxışına görə, təfriqəçi UPK Kiyev patriarxatının başçısı Filaret (Denisenko) və başqaları və Ümumdünya Patriarxatının hakimiyyətini qəbul ediblər və “Ukrayna torpağı” bu planda artıq ona tabe edilib.

UPK indi, ümumiyyətlə, Kiyevdə deyil, İstanbulda hazırlanan nizamnamə üzrə avtokefaliya ala bilər. Deməli, onun rəhbərlikdə iştirak edən və ona mütləq müstəqillik vermək istəməyən qəyyumları Konstantinopoldan olacaq. Ellada (Yunanıstan) Kilsəsi buna örnək rolu oynaya bilər – axı, o, Ümumdünya patriarxlığının tərkibində arxiyepiskopluqdur, onun öz patriarxı yoxdur. Və RPK avtokefaliya tərəfdarlarına öyüd verərək deyir: guya Konstantinopolun avtokefaliya verdiyi, amma kilsə həyatına, rəhbərliyinə və düşünürəm ki, maliyyəyə nəzarət etməkdən ötrü öz təmsilçilərini təyin etməyə başladığı Çexiya və Slovakiyaya baxın. Bu kiməsə xüsusən xoş gəlmir.

-Deməli, Poroşenko bu məsələdə məğlub olub, ya yox (heç olmasa, müvəqqəti)?

-Bilirsiniz, Poroşenkonun Rusiya və Ukraynadakı tənqidçilərini pərt etməkdən qorxuram. Hər necə olsa da, avtokefaliya faktiki əldə edilib. Ukrayna pravoslavlığının bir hissəsi Moskvadan artıq qopub. UPK-nin nizamnaməsi var, bu prosesi kəskin sürətləndirən Poroşenkonun səyləri nəticəsində yeni başçı tomosu alacaq. Konstantinopol onu rədd etməyib. Yaşı, demək olar, 90 və qeyri-müəyyən ad-sanı olan Filaretin gedişindən sonra nələr olacağı hazırda fəal müzakirə olunur. O ölsə, ya idarə etməkdən imtina etsə, durum dəyişilə bilər. “Təfriqəçilər”in hamısı Ukrayna hökumətinin  onlara təklif edəcəyi vahid sima haqda razılığa gələ bilərlər. Hələlik belə sima yoxdur.

RPK-nin baxımından Ukrayna pravoslavlığının “təfriqəçilər”ə mənsub olan hissəsi hələlik ümumən həqir vəziyyətdə qalır. Kiyev patriarxlığı və ona sığınan kiçik muxtariyyət anlaşılmaz statusa malikdir. Filaret artıq sanki tam patriarx deyil. Onlar de-fakto Konstantinopol patriarxlığının Kiyev mitropoliyasına tabedirlər. Amma özlərinin “təfriqəçilik” durumu və bu nağıl arasında vahid məhəlli Kilsə kimi aralıq vəziyyətindədirlər. Tomos “Troya atı” çıxıb: оnu açırlar və oradan Konstantinopolun yeni ekzarxları (müstəqil kilsənin başçısı-red.) çıxacaq.

Bəs RPK və MP UPK üçün nə qalır?

-Burada hələ, bax, belə bir paradoks var: Ukrayna hökuməti özünü hələlik yetərincə vicdansız aparır, kilsənin işinə qarışaraq bu zaman Qərbin bütün demokratik normalarını pozur. Həqiqət RPK-nın tərəfində görünür.

Axı, əslində, MP UPK çərçivəsində müstəqillik tərəfdarları susurlar. Onlara Poroşenko tərəfindən görünməmiş basqı göstərilir, Ukrayna Təhlükəsizlik Xidmətinə çağırır, məbədləri siyahıya alırlar   Poçayevsk lavrasında (böyük monastır-red.) olduğu kimi. Hökumət burada kilsə əmlakının birgə istifadəsi prosesini aparmağa vadar edə bilər – Ukrayna mədəniyyət nazirliyinin Kiyev-Peçorsk lavrasıyla bağlı təklif etdiyi kimi: guya Ukraynanın bu milli kilsəsi ona necə qulluq edə bilməz? Guya bu, nonsensdir.

Bax, bu ədəbsiz basqı davam etdikcə MP UPK-dən heç kim yeni UPK-ə getməyəcək. Amma Ukrayna hökuməti kilsə məsələsinə münasibətini dəyişən kimi – ola bilsin, Poroşenko yenidən seçiləndən sonra yumşalacaq, ya da mövqeyi xeyli yumşaq olan Yuliya Timoşenko hakimiyyətə gələcək – və patriarxın başçılığıyla UPK yaradılanda RPK-nin Ukraynadakı mövqeləri faktiki olaraq itiriləcək. Və o zaman MP UPK-nn bir hissəsi yeni, vahid UPK-ə keçəcək, bu, vaxt məsələsidir. Bu gün RPK-nin kozırı avtokefaliyanı dəstəkləməyən güclü monastırlardır. Onlar yetərincə müstəqildir, onlara Filaretdən baş keşiş göndərildiyindən bu onlara heç gərək deyil. O biri yandan, Kiyevin kozırı həm ukraynaca danışılan, həm də qulluq edilən kənd kilsələrinin böyük sayıdır. Həm də hökumət maliyyə dəstəyi vəd edərsə, onlar sakitcə UPK-ə keçəcəklər.

Ümumiyyətlə, RPK üçün zəmini yoxlamaq və Kiyevlə münasibətləri necə qurmaq haqda düşünməyin gərəkdiyi “X saatı” çatır. O cümlədən,  digər Kilsələrin tanıyacağı Ukrayna patriarxıyla vahid məhəlli kilsənin yaradılmasının qarşısını almaqdan ötrü, əlbəttə, RPK-nin indi hazır olmadığı MP UPK-nin Moskvadan qurtulmaq problemi müzakirə edilməlidir. Amma bu, baş verərkən artıq gec olacaq.

İndi dramın başqa bir hissəsi: Ümumdünya patriarxı özünün Qərbi Avropadakı kilsələrinin ekzarxatlarını buraxıb? Lütfən, maarifləndirin, “burada” baxımından bu nə deməkdir və hansı nəticələri ola bilər?

-Qərbi Avropada, əsasən, Fransada məhəllə kilsələrinin ənənəsi rus ağ mühacirləri mühitində meydana çıxıb. Moskvada olan patriarx Tixon 1921-ci ildə Parisdə yaşayan mitropolit Yevloqini (Georgiyevskini) rus kilsəsinin Qərbi Avropadakı rəsmi təmsilçisi təyin edib. Sonradan 1927-ci ildə xarici rus parvoslavlığında “RQPK Karlovats sinodu” tərəfdarları və Yevloqinin tərəfdarlarına bölünməsi baş verib. Yevloqi 1931-ci ildə Konstantinopolun yurisdiksiyasına keçib. Yevloqi müharibədən sonra və  ölümündən bir az qabaq RPK-ə qayıdıb. Amma onun pastvasının (kilsədaş dindarlar-red.) çoxu Konstantinopolun yurisdiksiyasında qalıb. Ümumdünya patriarxı Afinaqor 1960-cı illərin ortalarında bu pravoslarların RPK-nin ağuşuna dönməsinə xeyir-dua verib, amma yekunda onlar Konstantinopolun tabeliyində qala biliblər. Bu, 1999-cu ildən Qərbi Avropadakı ekzaxart adlandırılıb. İndiki anda onların 65 məhəllə kilsəsi, 23 icması, fəaliyyətdə olan 11 kilsəsi, iki monastırı və yeddi sovməəsi var. Məhəllə kilsələrinin böyük hissəsi Fransadadır. Yüzə yaxın keşiş və 30 dyakon var. Düşünürəm ki, möminlər bir neçə mindir. Fransada potensial on minlərlə pravoslav var, amma bunlar bütün yurisdiksiyalardadır.

Və budur, Konstantinopol indi Avropadakı ümumi yeparxiyasıyla bu məhəllə kilsələrinin hamısını tənləşdirib və “süzüb”. Bu, formal olaraq statusun bir qədər düşürülməsidir: belə bir “matryoşka” var idi, vahidləşdirilmiş struktura çevrildi. Yeri gəlmişkən, ola bilsin, onun başçısı mitropolit Emmaniul hətta şaddır ki, struktur daha asan və nəzarət edilən olub. O, ən azı, bu ruhda bəyənat verib: guya hər şeyi həll ediblər və RPK onlara heç nə diktə edə bilməz. Amma iş də elə bundadır ki, Varfolomey təhlükəni hiss edir ki, bəzi məhəllə kilsələri Moskva patriarxlığını seçə bilər – bu yaxınlarda Fransada da belə olub. Belə ki, bu, kilsə strukturunun vahidləşməsinə təkana çevrilib.

-Bəs necə hesab edirsiniz, bu qədər açıq siyasi və hətta mülkiyyət uğrunda bütün bu mübarizə pravoslavlığın nüfuzuna zərbə deyilmi? Bir çox möminlər nə qədər iyerarxın öz aralarında münaqişədə olduğunu gördükdə sual etməzlərmi: “Həm də bu adamlar bizdən ilboyu günün yarısını pəhriz saxlamağı tələb edirlər? Günahlarımızı onlara danışaq? Nə münasibətlə? Onların İsaya nə dəxli var ki?” Dində kütləvi məyusluq mümkündürmü? Ya da, məsələn, katolikliyə keçmək?

-Bəli, bu durumun hamısı Kilsənin xristian obrazına və iyerarxlara zərbə vurur. Amma görürsünüzmü, Kilsə möminlər üçün müqəddəs, amma adi adamlardan ibarət institutdur. Və bax, bu məqamda Qərbi Avropada, Ukraynada və Rusiyada bir neçə müxtəlif təsəvvür var. Düşünürəm ki, Qərbi Avropada o cür “diffuz hərəkat” və kütləvi şəkildə keçid olmayacaq. Kilsənin ikitirəliyi sadə möminlərə az dərəcədə toxunur. Möminlərin böyük hissəsi, xüsusən fəallar harasa getsə, (fəal möminlərin keşişi də ata biləcəyi Ukraynadan fərqli olaraq) keşişin ardınca gedirlər.

Qərbi Avropada mənzərə belədir: RPK və Konstantinopolun yevxaristik təmasının qırıldığı haqda hələ oktybarda elan olunub – birgə ayin keçirmək və qulluq etmək olmaz. Amma sosial şəbəkələrə görə fikir yürüdülsə, Moskvanın bu qərarının və birgə ibadət etmək istəyənlərin sabotajı baş verir. Hər bir xristian hansı məbəddə ayin keçirəcəyi haqda özü qərar almalıdır. Və ruhanilər hesab etmirlər ki, bu siyasi bölünmə ibadətə də çatıb.

Ukraynada durum bir az daha qəlizdir. Orada kütləvi pravoslavlıq dindarlığı var və orada da adamlar harada hansı lövhəciyin olduğuna fərq qoymadan müxtəlif məbədlərə gedirlər. Xaç çəkir, keşişin yanında dua oxuyurlar.

KP UPK kilsəsində uşağa dua oxumaqdan imtina dəhşətli haldır, biabırçı istisnadır və Ukrayna ruhanilərinin güclü siyasiləşdiyinin göstəricisidir. Ukraynadakı təfriqə möminlərin vətəndaş fəallığını müxtəlif yönlərdən qızışdırır. 2014-cü ildən məhəlli kilsələrin ətrafında davalar olub. Çox ehtimal ki, indi də belə hadisələr olacaq, amma ümid edirəm ki, bu, bütün Ukrayna üzrə məhəllə kilsəsi savaşına keçməyəcək. Amma yenə də adamlar Ukraynada 1990-cı illərdən öz aralarında mübahisə edən bir neçə yurisdiksiyanın varlığına alışıblar. Cəmiyyət daha dindardır, liturgiyanın (xristianların  əsas ibadət ayini-red.), tövbənin və yevxaristik təmasın (İsa peyğəmbərin Cismi və həqiqi Qanı kimi möminə çörək və şərab təqdim edilən xristian ayini-red.) nə olduğunun dərkiylə xristian həyatına cəlb olunub. Həm də hansısa keşişin davranışı möminləri Kilsədən iyrəndirmir – hətta başqa yurisdiksiyya keçsələr və özlərinə başqa keşiş tapsalar da. Bütün kilsələr bəzən barrikadanın müxtəlif tərəflərində Maydanda iştirak edib, amma bu, antidini effekt doğurmayıb.

Amma, bax, Rusiyada özgə cürdür. Kilsə dövlət və ideologiya ilə sıx və əsil dinlə az dərəcədə bağlı nəsə bir qurum kimi qəbul edilir. Həm də RPK-nin cəmiyyətin gözü qabağında siyasi münaqişəyə cəlbi göstərir ki, bu, xristianlığa az dəxli olan siyasi strukturdur. Bu, xristian həyatından xəbəri olmayan adamları Kilsədən döndərir. Bu, RPK üçün vəzifədir: siyasətlə az məşğul olmaq, adamlara öz bəşəriliyini, açıqlığını daha çox göstərmək.

RPK-nin özü müstəqildirmi? Bu sualı çoxları qoyur və hətta buna cavab tapırlar. Axı indi RPK və Rusiya XİN-in obyektiv maraqları ayrılır. RPK Rusiyadan qıraqda istənilən hökumətlə yaxşı münasibət saxlayır. Partiarx Kirill ona tabe məkandakı durumda status-kvonu saxlamağa maksimal çalışırdı, 2014-cü ildən sonra onun başqa çıxış yolu, sadəcə, yox idi. İkitirəlik Kilsəyə öz mövqeyini göstərmək imkanı verir. Göstərəcək, ya yox?

Katolikliyə keçməyə gəlincə, Qərbi Avropada yetərincə plüralist durum var və pravoslav, ya da katolik ənənələrini seçmək istəyən hər kəs bunu artıq edib. Avropada bu ənənələr gərəyincə yaxındır, bu nəsə bir ümumavropa məhəlli kilsə standartıdır. Qərbi Ukraynada yunan katoliklərin piroqun bu tikəsinə öz hüquqlarını elan etmək şirniklənməsi meydana çıxıb. Amma Kiyev patriarxlığı da olduqca radikal və antimoskvaçıdır.

Bilirsiniz, bir katolik keşişi mənə deyib ki, 2012-ci idən sonra “Pussi rayot” (Moskvanın bir kilsəsində Putinə qarşı siyasi nəğmə ifa etmiş estrada qrupu-red.) işi və başqa əndazəsizliklər, katolikliyə keçid məhz Moskvada olub – özü də yetərincə kütləvi şəkildə ziyalılar miqyasında. Ukrayna təfriqəsindən sonra bu olmaya da bilər – bunun bizə az dəxli var. Amma RPK cəmiyyətə açılarsa.

Tərcümə Strateq.az-ındır.

 

 




Ana səhifəyə qayıt        Baxış: 594          Tarix: 4-12-2018, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma