Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
BJNEWS, Çin 12.04.2021 Müəllif: Cao Fanqyuan Azərbaycanın Çindəki ticarət nümayəndəsi: “Çinli istehlakçılar yeni şərab məhsullarını kəşf etməyi sevir” Çinin şərab bazarı getdikcə daha çox ölkədən alkaqollu içkilər ixrac edir. 104-cü Yaz Alkoqol Festivalına Fransa, İtaliya, Argentina, Azərbaycan və digər ölkə və bölgələrdən olan istehsalçılar öz şərabları, həmçinin müxtəlif alkaqollu içkiləri ilə qatılıblar. Onlar pavilyonlarda milli və regional qruplar şəklində təmsil olunurlar. Bəs eksklüziv şərab növləri istehsal edən ölkələr Çin bazarın necə daxil olur? “Beijing News” Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi, fövqəladə və səlahiyyətli elçi Teymur Nadiroğlu ilə bu haqda danışıb. Teymur Nadiroğlu bildirir ki, Çinin şərab bazarı nəhəngliyi ilə yanaşı, özünəməxsus qaydalara, standartlara malikdir. Xaricdən gətirilən şərabların burada özünə yer etməsi vaxt və təcrübə tələb edir. Odur ki, Azərbaycanın şərab istehsalçıları davamlı olaraq çinli istehlakçıların vərdişlərini öyrənir, eyni zamanda, məhsullarını təkmilləşdirirlər. “Pandemiya şəraitində Yaz Alkoqol Festivalında iştirak edə bilmək ən böyük qazancdır” - Azərbaycan bu dəfə sərgiyə milli nümayəndə heyəti ilə qatılıb. Sərgidə hansı məhsulları nümayiş etdirirsiniz? - Azərbaycanın nümayəndə heyəti sərgiyə ümumilikdə 13 şirkət cəlb edib. Onların hər biri ayrı-ayrılıqda ölkənin aparıcı alkoqollu içki istehsalçısıdır. Sərgidə 300-ə yaxın məhsul sərgilənir. Buraya adi şərablarla yanaşı, nar şərabları, portveyn, brendi, viski, araq və s. kimi alkoqollu içkilər daxildir. - Azərbaycan şərabçılığını təşviq etmək üçün niyə məhz Çini seçmisiniz? - Çin xaricilərin üzünə açıqdır. Başqa sözlə, burada bizə müxtəlif platformalarda yer almaq imkanı yaradılır. Odur ki, Çinin müxtəlif bölgələrində keçirilən sərgilərdə mütəmadi olaraq ölkə stendi ilə iştirak edir, Azərbaycan məhsullarını nümayiş etdiririk. Yaz Alkoqol Festivalı da bu sahədə böyük hadisədir. Bu il biz sərgidə ilk dəfə iştirak edirik. Gələcəkdə bu tədbirə hər il qatılmağı düşünürük. - Yaz Alkoqol Festivalında iştirak etmək sizə nə qazandıracaq? - Əslində, pandemiya dövründə sərgidə iştirak edə bilməyin özü ən böyük qazancdır. Amma eyni zamanda, bir neçə gündə məhz bu sərgi hesabına Azərbaycan məhsullarının çinli istehlakçılar üçün kifayət qədər cəlbedici olduğunu gördük. İkincisi, Yaz Alkoqol Festivalında Çinin müxtəlif regionlarından şərab şirkətləri və bu sahənin mütəxəssisləri iştirak edir. Burada biz onlarla mübadilə aparmaq imkanı da qazanırıq. Bundan başqa, Festivalın təşkil edildiyi Siçuan əyalətinin Çendu şəhərinin də böyük istehlak bazarı olduğunu gördük. “Azərbaycan şərablarını eksklüziv brendə çevirmək” - Pandemiyadan söz düşmüşkən, bu vəziyyət Azərbaycanın şərab sənayesinə necə təsir göstərib? - Ümümilikdə pandemiya bütün dünya iqtisadiyyatına mənfi təsir göstərir və təbii ki, Azərbaycan da istisna deyil. Lakin Azərbaycan hökumətinin dəstəyi ilə şərab şirkətlərinə dəyən zərər minimum endirilir. 2020-ci ildə Azərbaycandan Çinə şərab ixracı 16% artıb. - Azərbaycan şərablarının üstünlükləri nədir? - Bu gün Çinin şərab bazarının 95%-i 5-6 ölkənin əlindədir. Lakin çinli istehlakçılar araşdırmağı, kəşf etməyi sevir. Onlar hər zaman yeni, daha öncə dadmadıqları məhsullar axtarırlar. Bu mənada, Bayan Şirə və Mədrəsə Azərbaycana xas, çinli istehlakçılar üçün tamamilə yeni, əvvəllər dadmadıqları iki üzüm növüdür. Azərbaycan əlverişli coğrafi mövqeyə malikdir. Dünyadakı 11 iqlim qurşağının 9-na Azərbaycanda rast gəlinir. Fərqli iqlim isə tam fərqli xüsusiyyətlərə malik Azərbaycan şərablarının çəkilməsinə imkan yaradır. Şərablarımız keyfiyyətinə, qiymətinə və bənzərsiz dadına görə Çin bazarında özünəməxsus yerə sahibdir. “Çin bazarının öz qaydaları və standartları var” - Azərbaycan şərabı çinlilərin istehlak vərdişlərinə cavab verirmi? İnkişaf strategiyanız nədən ibarətdir? - Çinlilərin istehlak vərdişləri və fikirləri bizim üçün çox önəmlidir. Azərbaycan məhsullarının burada özünə yer etməsi uzun prosesdir. Buna vaxt və təcrübə lazımdır. Hazırda şirkətlərimiz Çin bazarının və istehlakçılarının təlabatını araşdırır, işlərinə Çin istehlakçılarının tələbinə, bazar standartlarına uyğun bəzi dəyişikliklər edir. Məsələn, bəzi şərab şirkətlərimiz Çinə ixrac olunacaq məhsulun şüşəsinin üzünü çinli istehlakçıların zövqünə uyğunlaşdırır. Eyni zamanda, Çin bazarına uyğun bir neçə şərab növü seçilərək, əsasən onların təşviqinə üstünlük verilir. Azərbaycan şərab ixrac edən ölkə olaraq, ixracın həcminə deyil, keyfiyyətə daha böyük önəm verir. Məqsədimiz Azərbaycan şərabını orijinal, keyfiyyətli, sərfəli və çox satılan brendə çevirməkdir. İnanıram ki, Azərbaycan şərablarının Çin bazarında özünə yer etməsi üçün böyük potensial var. - Son illərdə Çinin şərab bazarı ilə bağlı müşahidələriniz nədən ibarətdir? Ümumiyyətlə, Çinin şərab bazarını necə dəyərləndirirsiniz? - Çin bazarı dünyada ən sürətlə inkişaf şərab bazarıdır. Bu üzdən də o, dünyanın hər yerindən şərab ixracatçılarını cəlb edir. Bundan başqa, pandemiya şəraitində Çin iqtisadiyyatı dünyada inkişaf edən yeganə böyük iqtisadiyyatdır. Demək, hər bir ölkə öz məhsullarını Çin bazarına çıxarmaqda maraqlıdır. Nəticədə bu bazarda ciddi rəqabət yaranır. Bundan başqa, Çinin yerli şərab istehsalçıları da məhsullarının keyfiyyətini daim yaxşılaşdırır, istehsal həcmini artırır. Bir sözlə, Çin bazarı böyük, lakin mürəkkəb bazardır. Onun öz qaydaları və standartları var. (Çin dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar