Xəbər lenti


ATƏT-in Minsk qrupu yarandığı gündən bəri Azərbaycanın lehinə mövqe nümayiş etdirmədi. Əksinə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək imkanlarına mane olmaq üçün strategiyalar həyata keçirdi. Bunu Azvision.az -a eksklüziv açıqlamasında Ankara Yıldırım Beyazıt Universitetinin professoru, Ankara Rusiya Araşdırmaları İnstitutunun rəhbəri, politoloq Salih Yılmaz deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Minsk qrupu yenidən aktivləşərsə, Dağlıq Qarabağdakı ermənilər üçün yeni status müəyyən etmək məqsədilə strategiya həyata keçirməyə çalışacaq. Bundan sonrakı dövrdə Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan xətti davam etsə, bu, daha sürətli sülh razılaşmasına səbəb olacaqdır.

Politoloqun fikrincə, Türkiyə və Rusiya arasındakı əməkdaşlıq bölgəyə sülh gətirə bilər:
"Bunun xaricində, ABŞ və ya Fransanın daxil olduğu proses bölgədəki böhranın uzanmasına səbəb olacağı kimi, ABŞ-Rusiya, ABŞ-İran çəkişməsinə də gətirib çıxara bilər. Yeni proses digər xarici təsirlərdən uzaq, BMT qaydaları çərçivəsində həyata keçirilə bilər. Azərbaycan, həmçinin atəşkəsdən sonra 29 ildən çox müddətdə Ermənistanın işğalında qalan ərazilərindəki itkilərini hesablayaraq beynəlxalq məhkəməyə müraciət etməlidir. Təzminat tələbi daha sürətli sülh müqaviləsinə səbəb ola bilər".

Fransanın mövqeyinə toxunan S.Yılmaz deyib ki, Paris Qarabağdakı son müharibə zamanı həyata keçirdiyi siyasətlə bitərəfliyini itirdi və anti-Azərbaycan mövqeyi sərgilədi.

"Azərbaycanın Fransaya yönəlik münasibəti bundan sonra açıq olmalıdır. Müharibə zamanı Fransada muzdlular toplanaraq Dağlıq Qarabağda döyüşə göndərildi. Hətta Dağlıq Qarabağın müstəqilliyinə dair qərar vermək cəhdləri də oldu. Azərbaycanın mövqeyinə gəlincə, Fransanın münasibəti nəzərə alınaraq, Minsk qrupu prosesinin artıq bitdiyi izah edilməlidir.

Fransa Azərbaycana qarşı erməni diasporunun bəsləndiyi ən vacib ölkələrdən biridir. Fransa Minsk qrupundan Ermənistanı müdafiə etmək və Dağlıq Qarabağda müstəqil "erməni dövləti" yaratmaq üçün bir vasitə kimi istifadə etməkdədir".



Ana səhifəyə qayıt        Baxış: 4 435          Tarix: 7-05-2021, 12:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma