Xəbər lenti

 

Qəbul imtahanından keçə bilməyən abituriyentlərin də tələbə olmaq şansı var. Təhsil haqqında qanuna təklif edilən dəyişiklərə əsasən həmin abituriyentlər hazırlıq qruplarında bir il təhsil aldıqdan sonra buraxılış imtahanı ilə ali məktəbin 1-ci kursuna qəbul ediləcəklər. Digər bir yenilik isə təhsil haqqının ödənilməsi ilə bağlıdır.

Qəbul imtahanından keçə bilməyən abituriyentlərin ali məktəbə tələbəsi olması üçün şans yaradılır. Milli Məclisin Elm və təhsil komitəsində "Təhsil haqqında" qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən qəbul imtahanında müəyyən edilmiş keçid balını toplayan, lakin ixtisas seçimi müsabiqəsində kəsilən abituriyentlə üçün ali məktəblərdə hazırlıq qrupları yaradılacaq. Abituriyent həmin qrupda 1 il ödənişli təhsil alacaq.

Sonra isə hazırlıq qrupunun buraxılş imtahanını müvəffəqiyyətlə verərsə, ali məktəbin 1-ci kursuna qəbul olunacaq.

Burada əsas məqsəd ali məktəbin maddi dayanıqlığını daha da artırmaq və abituriyentlərin attestatla qəbul həyata keçirən xarici ölkə universitetlərinə axınının qarşısını almaqdır.

Qanuna edilən digər dəyişikliyə əsasən təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.




Ana səhifəyə qayıt        Baxış: 954          Tarix: 8-06-2017, 21:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma