Xəbər lenti

 Hiperproteksiya - uşaqlara aşırı qayğı və diqqət deməkdir. Bizdə həyəcanlı, introvert analar uşağını hamıdan, hətta doğma atasından da cidd-cəhdlə qoruyur. Onlar elə təsəvvür edirlər ki, guya uşağa çox diqqət göstərirlər.

Axar.az xəbər verir ki, bu sözləri məşhur pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, uşaqları müəyyən yaşa qədər qorumaq lazımdır:

“Analar övladlarını onlar müxtəlif təhlükələri anlayıb dərk edənə qədər qorumalıdırlar. Amma bu “qoruma”, diqqət, qayğı normanı aşmamalıdır. Uşağın müstəqil düşünmə qabiliyyətini əlindən almaq olmaz. Bütün günü uşağı ətraf aləmdən, həmyaşıdlarından təcrid etmək olmaz. Həmin uşaqlar ya qapalı böyüyəcək, ya da eqoist olacaq. “Sən heç kimlə oynamamalısan”, “sən ancaq kitab oxumalısan, şeir öyrənməlisən, royalda ifa eləməlisən”, “sən mütləq həkim (prokuror, vergi müfəttişi, gömrük işçisi) olmalısan”, “sən ancaq bu universitetə daxil olmalısan” və digər bu kimi sözlər deyilərsə, uşaq şəxsiyyət kimi formalaşmır. Həmin uşaqlar daim ananın komandalarını yerinə yetirməyə məhkum olur”.

Pediatr Vaqif Qarayev bildirib ki, belə uşaqlar müəyyən yaşa çatdıqdan sonra “sən ancaq filankəslə ailə qurmalısan” əmri ilə qarşılaşırlar. Bu da müəyyən problemlərə yol açır.




Ana səhifəyə qayıt        Baxış: 533          Tarix: 14-11-2017, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma