Artıq çərəzlərin yetişmə zamanıdır. Sağlamlığımıza faydalı qoz, fındıq və şabalıddan istədiyimiz qədər dada bilərik. Xüsusilə də bunlar arasında şabalıd bolluca lif, mineral, faydalı yağ turşuları, vitamin, qidalandırıcı və antioksidant maddələrlə zəngindir.
Şabalıdın inanılmaz faydaları barədə məlumat veririk.
- Şabalıd liflə zəngin olduğu üçün diabetin qarşısının alınmasında çox təsirlidir. Həmçinin, qan şəkərinin daha yavaş yüksəlməsini təmin edir.
- Tərkibində olan C vitamini və digər antioksidantlar immunitetin gücləndirilməsi üçün mükəmməldir. C vitamini ağ qan hüceyrələrinin yaranmasını dəstəkləməsindən əlavə, bədəndəki sərbəst radikalların təsirsiz hala gətirilməsində də önəmli rol oynayır. Bu da immunitet sisteminin güclənməsinə və xəstəliklərin qarşısının alınmasına yardımçı olur.
- Sümüklərdə mineralların səviyyəsini artırır.
- Tərkibində bol miqdarda olan lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu liflər, həmçinin, yediyimiz qidaların bədən tərəfindən yaxşı əmilməsini təmin edir.
- Beyin funksiyalarını yaxşılaşdırır. Tərkibindəki B qrup vitaminləri, nevroloji inkişaf və funksiyalarla birbaşa bağlıdır. Onda olan potasium beyinə qan axımını artırır, sinir sisteminin sağlığını qoruyur, yaddaşı gücləndirir.
- Antioksidant xüsusiyyəti sayəsində xərçənglə nəticələnə biləcək hüceyrə mutasiyalarının qarşısını alır.
- Potasium sayəsində bədəndə su axımını tənzimləyərək təzyiqi normallaşdırır və infarktı aradan qaldırır.
- Tərkibində olan faydalı yağ turşuları da xolesterolu normallaşdırmağa kömək edir, qan laxtalanmasının yaranma ehtimalını azaldır.
Şabalıd yeyərkən yalnız bu məqama diqqət etmək lazımdır ki, ona qarşı allergiyanız olmasın. Bu zaman şabalıd sizin üçün təhlükəli bir qidaya çevrilə bilər.//Ailem.az
Paylaş: