Xəbər lenti

 

Şimali Korelina Universitetinin alimləri hesab edir ki, insanın 5 hiss orqanına birini də əlavə etmək lazımdır: bu orqan mədəmizdir. Çünki mədə birmənalı olaraq beyinlə əlaqədardır və insanın davranışına, əhvalına təsir edir. 
1990-cı ildə sübut olunmuşdu ki, antibiotiklərin qəbulu bir sıra ensefalopatiya növlərini sağaldır. 2013-cü ildə məlum oldu ki, bağırsağın mikroflorası insanda depressiya, həyəcan əhvalı yarada bilir. Bu yaxında aşkar edilib ki, hətta bağırsaq bakteriyaları insanın emosiyalarını dəyişir, əhvalını tənzimləyir. 
Bu vaxta kimi hesab edilirdi ki, mədə-bağırsaq baş beyinə hormonlar vasitəsilə bağlıdır, qan dövranı ilə tənzimlənir. Amma Dyuka universiteti alimlərinin son araşdırmaları ilə göstərdi ki, bağırsağın selikli qişası sinir uclarına malikdir və onlar sinapslara çox oxşayır. Onlar ümumi neyron şəbəkəyə daxildir.
 
Siçanlar üzərində eksperimentlər göstərdi ki, bağırsaqdan informasiya hormonlar yox, bu qlütamat molekulu vasitəsilə beyinə ötürülür. Sinir impulslarını ötürən bu molekul neyromediator rolunu oynayır. Bu siqnallar bir neçə dəqiqə və saata kimi beyinə çata bilər. Mədədən isə siqnal beyinə millisaniyəyə çatır. Ona görə mədə insanın altıncı hiss orqanı hesab edilməlidir. Alimlər bu kəşfin iştahın tənzimlənməsi və arıqlama prosesinin daha düzgün aparılması üçün daha dərin məlumatlar verir. 
 
Hazırda iştaha öldürən preparatlar hormonlara hesablanıb, halbuki hormonlar gec hərəkət edir, sinapslar isə informasiyanı daha tez ötürür. Bəlkə ona görədir ki, çox arıqlama preparatları işə yaramır, təsir etmir. Mədənin hiss orqanı olduğundan bildikdən sonra onunla davranmaq qaydaları da köklü dəyişəcək. \\Medicina.az




Ana səhifəyə qayıt        Baxış: 509          Tarix: 28-09-2018, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma