Xəbər lenti

Kolumbiyanın Cartagena şəhərində tikilməkdə olan binanın çökməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Ovqat.com "Anadolu"ya istinadən xəbər verir ki, hadisə zamanı 23 nəfər yaralanıb, 41 nəfər xilas edilib. Yaralılardan 16 nəfəri xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, binanın dağıntıları altında aparılan axtarış-xilasetmə işləri artıq dayandırılıb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 854          Tarix: 30-04-2017, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma