Xəbər lenti

Klinton: “Seçkilər oktyabrın 27-də keçirilsəydi, mən sizin prezidentiniz olacaqdım”
ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton hesab edir ki, onun 2016-cı il prezident seçkilərində məğlubiyyətinə səbəb “Wikileaks” saytı və Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi olub.
Ovqat.com bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Hillari Klinton CNN telekanalına müsahibəsində bildirib. “Bu kampaniya ideal deyildi, lakin mən qələbəyə doğru irəliləyirdim. Lakin Ceyms Kominin 28 oktyabr tarixli məktubu və Rusiyanın “WikiLeaks”i mənə səs verməyə meylli olan insanları qorxutdu. Bu müdaxilənin olmasını təsdiqləyən tutarlı sübutlar var” — deyə o bildirib.  “Seçkilər oktyabrın 27-də keçirilsəydi, mən sizin prezidentiniz olacaqdım” —  Klinton qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 974          Tarix: 3-05-2017, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma