Xəbər lenti
 
Avropa İnsan Haqları Məhkəməsi tanınmış vəkil Aslan İsmayılovun 2010-ci il parlament seçkilərində hüquqlarının pozulmasını təsdiqləyən qərar qəbul edib.


Ovqat.com xəbər verir ki, bunu vəkilin özü bildirib.


Vəkil facebook səhifəsində bu xəbəri paylaşaraq yazıb.

“Bir daha "həyat ədalətlidir" deyiminin təsdiqini gördüm. Sadəcə, vicdanlı, səbrli və mübariz olmalısan. Bu gün 2010-cu il Milli Məclisə seçkilər zamanı səslərin həyasızcasına oğurlanması, seçki zamanı baş vermiş cinayətlər barədə verdiyim şikayət üzrə Avropa İnsan Haqları Məhkəməsi qərarını elan etdi. Qərarda 20 saylı ikinci Nərimanov seçki dairəsində haqq etdiyim səslərin oğurlanması, haqlarımın pozulması təsdiq olundu. Bəlkə həyatımda ən çox gözlədiim qərar idi. 2010-cu ildən bu günə həmin seçkilər barədə, xüsusilə haqqımda deyilən ittihamlar, təhqirlər, insanlardakı riyakarlıqlar barədə qərarla ətraflı tanış olandan sonra geniş yazı yazacam”.


Ana səhifəyə qayıt        Baxış: 1 229          Tarix: 13-04-2017, 15:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma