Xəbər lenti

 

Rusiyada hazırda trend olan və hər bir yaşda olan insanların maraq göstərdiyi qızıldan spunner - "stress çarxı" istehsal edilməsi planlaşdırılır.

Spinnerin qızıl versiyası təxminən 1 milyon rubl və ya 16 700 dollar, yaxud 28 700 manat qiymətində olacaq. Ovqat.com lent.az-a istinadən xəbər verir ki, oyuncaq 750 əyarlı qızıldan hazırlanacaq və cəmi bir ədəd nüsxədə istehsal ediləcək. Yenilik artıq gələn aydan satışda olacaq. Bu spinner dünyanın ən bahalı "sterss çarxı" olacaq. Onun istehsalı üçün isə 0,1 kiloqram və 100 qram qızıldan istifadə edilib.

Nisbətən ucuz qiymətə isə daha bir spinner istehsal ediləcək. O isə qızılla örtüləcək.

Bundan başqa, "stress çarxı"nı Rusiya bayrağının rəngləri ilə rəngləmək istəyirlər. Bu modelin qiyməti 15 000 rubl və ya 250 dollar, yaxud 430 manat təşkil edəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 701          Tarix: 8-07-2017, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma