Xəbər lenti

İranda avtomobil idarə edərkən baş örtüklərini çıxaran qadınlar ölkədə yeni çaxnaşmaya səbəb olub. Bütün ölkə “avtomobillər özəl məkanmı, yoxsa ictimai sahəyə aiddirmi” sualını müzakirə edir.

Publika.az xəbər verir ki, İran polisi avtomobillərin ictimai sahəyə aid olduğunu müdafiə edir və baş örtüyünü çıxaran qadınları cərimələyir.

Lakin bütün qadağalara və cərimələrə baxmayaraq, qadınlar etirazlarını davam etdirirlər. Qadınlar və əxlaq polisləri arasında yaşanan qarşıdurma ən çox yay aylarında özünü göstərir.

1979-cu il çevrilişindən sonra ölkədəki qadınlara hicab geyinmək məcburiyyəti gətirilsə də, qadınlar zaman-zaman müxtəlif yollarla bundan imtina edirlər.

Məsələ ilə bağlı hələ 2015-ci ildə açıqlama verən prezident Həsən Ruhani insanların özəl həyatlarına hörmət göstərilməsini tələb etmiş və polis tərəfindən cərimələnən qadınları müdafiə etmişdi. Bu açıqlamadan sonra bir çox iranlı qadın maşında baş örtüklərini çıxarmağa başlamışdı.

 




Ana səhifəyə qayıt        Baxış: 913          Tarix: 12-07-2017, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma