Xəbər lenti

 

Qadınların əksəriyyəti maşın sürməkdən böyük zövq alırlar. Qadınlar rol dalında oturarkən özlərini çox rahat və xoşbəxt hiss edirlər. Bəs hamiləlik zamanı maşın sürmək olamı?
Əgər maşın sürmək qadına böyük bir zövq verirsə, o zaman bu zövqdən niyə məhrum olmaq lazımdır ki?
Ovqat.com immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər özünü rahat hiss etdiyi zamana qədər hamilə qadınlara maşın sürməyi məsləhət bilirlər. Mütəxəssislər hətta son aya qədər özünü rahat hiss edə bilən qadına maşın sürməyi qadağan eləmir. Hamilə qadın maşın sürərkən özünü komfortlu hiss edirsə o zaman ona maşın sürməyə qadağa qoyulmur. Amma, maşın sürərkən hamilə qadınlar aşağıdakı qaydalara mütləq əməl eləməlidirlər.
Əməl ediləcək ilk qayda avtomobilin sürücü oturan kreslosunun hamilə qadının rahat oturması üçün hazırlanmasıdır. Bunun üçün kreslonu arxaya doğru çəkmək lazımdır. Maşının oturacağını elə düzəltmək lazımdır ki, qarın sükandan 10 santimetr aralı dursun. Bu zaman qadın kresloda rahat oturur və sükanı asanlıqla idarə edə bilir.
Sürücü hamilə qadınlara onlar üçün nəzərdə tutulmuş kreslodan istifadə etməyi məsləhət görür. Bu kresloların bel hissəni massaj etmək üçün nəzərdə tutulan yeri var. Bu yerdə taxta və ya rezindən dairəvi hissələr olur. Bu hissələr hamilə qadının bel nahiyəsini massaj edir.
Hamilə qadınlar maşın sürərkən qəfil tormozlanma sisitemini idarə etməyi nəzərə almalıdır. Mütəxəssislər hamilə qadınlara öz maşınları ilə tək və uzaq məsafəyə yola çıxmağı məsləhət bilmir. Qış fəslində maşın sürmək də hamilə qadın üçün məsləhət deyil. Əgər sürərlərsə, onların maşınlarının təkərləri qış təkərləri ilə əvəz olunmalıdır.
Mütəxəssislər maşın sürən hamilə qadınlara maşın sürərkən bədənlərində və gözlərində gərginlik hiss edtkləri zaman maşından düşüb istirahət etməyi məsləhət bilirlər. Maşın sürən hamilə qadınlar hər şeyə hazırlıqlı olmalıdırlar. Bunun üçün onların yanında ginekoloqlarının telefon nömrəsi, hamiləliyi barədə məlumatlar olan kağızın olması çox faydalıdır.
Hamilə qadın təhlükəsizlik kəmərindən də istifadə edərkən ehtiyyatlı davranmalıdırlar. Kəmərdən istifadə etmək həm ananın, hm də uşağın təhlükəsizliyi baxımından vacibdir. Hamilə qadınların əksəriyyəti təhlükəsizlik kəmərinin narahatçılıq yaratdığını söyləyirlər. Amma qarının böyük olmasından asılı olmayaraq təhlükəsizlik kəmərinin taxılması vacibdir.
Mütəxəssislər hamiləlik toksikozu olan, iyə qarşı həssaslığı yüksək olan hamilə qadınlara maşın sürməyi məsləhət bilmir. Sükan arxasında oturan hamilə qadınlara çox qalın paltar və ya kurtka geyinmək məsləhət görülmür.




Ana səhifəyə qayıt        Baxış: 1 300          Tarix: 6-07-2017, 22:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma