Xəbər lenti

Hindistan ordusu ilə Pakistan ordusu arasında arasında Kəşmir nəzarət xətti üzərində silahli insident yaşanıb.

Publika.az xəbər verir ki, insident nəticəsində 1-i əsgər olmaqla, 3 pakistanlı həlak olub, 7 nəfər yaralanıb. Hindistan ordusu isə 5 əsgərini itirib.

Pakistan ordusunun hücumu nəticəsində Hindistanın bir nəzarət mərkəzi məhv edilib.

Qeyd edək ki, iki ölkə arasındakı qarşıdurmalar 2016-cı ilin son aylarından başlayaraq sıx şəkildə baş verir.

Hindistan və Pakistan arasında müsəlman əhalinin üstünlük təşkil etdiyi Kəşmir üzərində aparılan mübarizədə bu günə qədər 70 000 insan həlak olub.

 




Ana səhifəyə qayıt        Baxış: 874          Tarix: 20-07-2017, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma