Xəbər lenti

 

Türkiyənin Ağrı vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ovqat.com report.az-a istinadən bildirir ki, qəza Tutak və Hamur rayonlarını birləşdirən Hamurdərəsi avtomobil yolunda, Palandökən kəndi ərazisində qeydə alınıb.   

Belə ki, Ağrı şəhərinə doğru hərəkətdə olan yük maşınının üzərindəki ekskovator avtomobil yoluna düşüb. Nəticədə arxadan yüksək sürətlə gələn mikroavtobus ekskovatora çırpılıb. Qəzada mikroavtobusdakı sərnişinlərdən 8 nəfəri ölüb, 15-i yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 929          Tarix: 14-08-2017, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma