Xəbər lenti

Mirmahmud Mirəlioğlu: “Arzu edərdik ki, 28 Mayla bağlı tədbirlər ümumdövlət səviyyəsində keçirilsin”

Qarşıdan 28 May – Respublika Günü gəlir. Maraqlıdır, siyasi partiyalar bu günlə bağlı hər hansı tədbir keçirməyi planlaşdırırmı?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bu günü qoyduqları ənənəyə uyğun olaraq qeyd edəcəklərini vurğuladı:

 

“Biz həmin gün şəhidlərimizi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını anırıq. Bizim bu günlə bağlı bir ənənəmiz mövcuddur. Bu ənənəyə uyğun olaraq biz bayram tədbirini Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə, valideyni və övladının qəbri üzərində qeyd edirik. Yəni həm bayram tədbiri keçirir, həm də əzizlərini ziyarət edirik. Bundan sonra isə Bəyi ziyarət edirik. Daha sonra isə partiya daxilində öz tədbirlərimiz olur. Arzu edərdik ki, bu tədbirlər ümumdövlət tədbiri olsun. Bu, bizim hər birimizin arzusudur”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 222          Tarix: 20-05-2017, 14:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma